Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:45

Orta məktəblərdə kitabxanadan götürmüş kitabın itməsinə və ya yararsız vəziyyətə salmasına görə oxucu ya eyni kitabı tapıb qaytarmalı, ya da onun dəyərinin 10 misli qədər vəsait ödəməlidir.

Nazirlər Kabinetinin təsdiqlədiyi «Ümumi təhsil müəssisəsinin kitabxanasının nümunəvi əsasnaməsi»ndə belə deyilir.

Hökumətin saytında yerləşdirilmiş Əsasnamədə oxucuların məktəb kitabxanasından götürdüyü kitabdan istifadə müddəti də müəyyənləşdirilib. Belə ki, dərslik, dərs vəsaiti bir tədris ili, elmi-populyar və bədii ədəbiyyat bir ay, - dövri və çox istifadə olunan nəşrlər 15 gün müddətində evə götürülə bilər.

Əsasnamədə göstərilir ki, oxu zalında istifadə üçün nəzərdə tutulan resurslardan, o cümlədən qiymətli və soraq xarakterli informasiya resurslarından yalnız kitabxana daxilində istifadə edilir: «Bir kompüterdə eyni zamanda iki nəfərdən artıq istifadəçinin işləməsinə icazə verilmir. İnternetin pullu resurslarından istifadə edilməsinə də icazə verilmir», əsasnamədə deyilir.

XS
SM
MD
LG