Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:15

İlham Əliyev hökumətin iclasını keçirib


İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, 10.07.2016

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, 10.07.2016

İyulun 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AzərTAC-ın verdiyi xəbərə görə, iclasda müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilin altı ayının yekunlarına dair məruzələrlə çıxış ediblər.

Ölkə rəhbərliyinin məruzələrində konkret hansı sosial-iqtisadi uğurlardan və problemlərdən söz açıldığı barədə hələlik məlumat verilməyib.

Müstəqil iqtisadçılar öz şərhlərində 2016-cı ilin ilk yarısının Azərbaycan üçün çətin keçdiyini vurğulayıblar. 2015-ci ilin dekabrında manatın ikinci devalvasiyası ölkə maliyyə bazarında ciddi böhran yaratdı, bir neçə bank bağlandı, dollar manata nisbətən kəskin surətdə bahalanmağa başladı.

Ölkə iqtisadiyyat bazarını onlarla xarici şirkət tərk etdi, - iqtisadçılar öz qiymətləndirmələrində bildiriblər.

Bu cür toplantılarda dövlət başçısı, adətən, Qarabağ məsələsi və günün digər aktual ictimai-siyasi mövzularına da toxunur. Rəsmi mənbələrdən çıxışların detalları barədə xəbər əldə edən kimi daha ətraflı məlumat veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG