Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:32

Rusiyada böyüklər üçün yeganə musiqi məktəbi bağlanır


Sankt Peterburq fəalları öz məktəblərinin bağlanmasına qarşı çıxıblar, 9 iyul, 2016
Sankt Peterburq fəalları öz məktəblərinin bağlanmasına qarşı çıxıblar, 9 iyul, 2016

Sankt-Peterburqda 50-yə yaxın adam Rimski Korsakova adına musiqi məktəbinin müdafiəsilə bağlı aksiyaya çıxıb.

Məktəb Rusiyada yeganə böyüklərin musiqi təhsili üçün büdcədən maliyyələşən təhsil müəssisəsidir. Şəhər rəhbəri məktəbin bağlanması qərarını verib.

Etirazçıların yarısı məktəbin işçiləridir. Təşəbbüs qrupunun təmsilçisi tələbə Yaroslav Dudnikov deyir ki, asılı adamların – müəllimlərin etiraza qoşulmasını qəhrəmanlıq kimi qiymətləndirmək olar.

Məktəbin saxlanması ilə bağlı mübarizə bu ilin aprelindən gedir. Şənbə aksiyası isə indiyə kimi göstərilən etirazların ən kütləvisidir. Aksiyaçılar ümid edirlər ki, etirazları şəhər rəhbərliyinin qərarına təsir göstərəcək və tələbələr ayı 500 rubla yenidən musiqi təhsili ala biləcəklər, daha 8 min rubla yox.

XS
SM
MD
LG