Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:50

Kaşmirdə polislə üsyançılar arasında qarşıdurma


Kashmir. Hindistan polisi ilə nümayişçilər arasında qarşıdurma, 24 may, 2016
Kashmir. Hindistan polisi ilə nümayişçilər arasında qarşıdurma, 24 may, 2016

İyulun 9-da Kaşmirdə üsyançıların rəhbərlərinin dəfn mərasiminə toplaşanlarla Hindistan təhlükəsizlik qüvvələri arasında qadağan saatının pozulması səbəbindən baş verən qarşıdurmada azı 3 adam ölüb, ondan çox yaralı var.

Hindistan təhlükəsizlik qüvvələri üsyançı qrup “Hizbul Mujahideen”in rəhbəri Burhan Muzaffar Wani-nin öldürülməsi ilə bağlı xəbəri açıqlayandan sonra qadağan saatı təyin edilib.

Üsyançıların rəhbərinin ölüm xəbərinin Kaşmirdə yayılması qarşıdurmalar yaradıb. Məlumatlara görə, polis onlara daş atan qəzəbli kütləyə atəş açıb.

Hindistan polisi Wani-ın öldürülməsini Kaşmirdəki yaraqlılara qarşı keçirilən uğurlu əməliyyat kimi təsvir edib. Əhalisinin əksəriyyəti müsəlman olan Kaşmirdə yerli əhali üsyançılara rəğbət bəsləyir.

Qadağan saatına internetin bloklanması da daxil edilib.

22 yaşlı Wani öz tərəfdarlarını Hindistan işğalına yardım edən polisə qarşı mübarizə aparmağa çağırıb.

Pakistan və Hindistan Kaşmirə iddia edir, uzun illərdir ki, iki ölkə arasında Kaşmirlə bağlı ciddi münaqişələr yaşanır.

XS
SM
MD
LG