Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:34

İŞİD Rusiyanın iki pilotunu öldürüb


Foto arxivdəndir
Foto arxivdəndir

Suriyaya məxsus Mi-25 helikopterini idarə edən rusiyalı pilotlar Riafagat Khabibulin və Yevgeny Dolgin qədim Palmira şəhərinin yaxınlığında həlak olublar

Rusiya pilotları tərəfindən idarə olunan helikopter İslam Dövləti adlanan təşkilatın döyüşçüləri tərəfindən vurularaq yerə salınıb.

Yerli mediada yayılan xəbərlərə görə Suriyaya məxsus Mi-25 helikopterini idarə edən rusiyalı pilotlar Riafagat Khabibulin və Yevgeny Dolgin qədim Palmira şəhərinin yaxınlığında həlak olublar.

Xəbərlərdə deyilir ki, pilotlar Suriya hökumətinin xahişi ilə İŞİD-ə qarşı əməliyyatda iştirak edirdilər.

Site monitorinq qrupu bildirir ki, İslam Dövləti adlandırılan təşkilat helikopteri vurduğunu təsdiq edib.

Rusiya mediasının xəbərlərində deyilir ki, helikopter sınaq uçuşunu həyata keçirərkən Suriya hökumətindən çağırış alıb.

Onlar İŞİD-ə qarşı əməliyyat zamanı çətinə düşmüş Suriya əsgərlərinə raket zərbələri ilə kömək etməli idilər.

Xəbər verilir ki, bütün raketlərini atıb bitirən helikopter bundan sonra İŞİD döyüşçüləri tərəfindən vurulub və Suriya hökumət qoşunlarının nəzarətində olan əraziyə düşüb.

Hər iki pilot ölümlərindən sonra Rusiyanın dövlət mükafatları ilə təltif edilib.
Qərb mediası xəbər verir ki, Moskva 2015-ci ilin sentyabrından Suriyada hərbi əməliyyatlara başlayadan bəri 12 hərbçisini itirib.

Ötən noyabrda Türkiyə qırıcıları Suriya ilə sərhəd üzərində Rusiya bombardmançı təyyarəsini vurmuş, iki ölkə arasında ciddi gərginlik yaşanmışdı.

Rusiya Suriya hökumət qoşunlarının terrorçularla mübarizəsini hava zərbələri ilə dəstəklədiyini bildirir.

Qərb Rusiyanı Suriya prezidenti Bashar al-Assada qarşı olan mötədil müxalifəti də hədəfləməkdə ittiham edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG