Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 20:52

Azərbaycan və Fransa prezidentləri Qarabağ problemini müzakirə edib


Varşava NATO sammiti

Varşava NATO sammiti

Azərbaycan prezidenti İlham Əliyev iyulun 9-da Varşavada NATO sammiti çərçivəsində fransalı həmkarı Francois Hollande ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG