Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:30

Bloomberg Qazaxıstan Mərkəzi Bankını "yeni Soros" adlandırır


Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akishev
Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akishev

İndiyə kimi funt sterlinqə qarşı ən yaxşı oynayan George Soros sayılırdı, ancaq Brexit-də bu titul Qazaxıstan Mərkəzi Bankına keçdi. Bunu Bloomberg yazır.

Bloomberq xatırladır ki, o vaxt - 1992-ci ildə George Soros funtun düşməyini proqnozlaşdırıb, 1 milyard dollardan çox qazanmışdı.

Qazaxıstan Mərkəzi Bankının sədri Daniyar Akishev iyulun 8-də deyib ki, onun bankı Brexit-də funta qarşı oynayıb. Bank referendumdan qabaq funt sterlinqlərini dollara çevirib.

Bloomberg yazır ki, Akishev Qazaxstanın nə qədər qazanmağını deməyib.

Ancaq Bloomberg qeyd edir ki, funt həmin referendumdan dərhal sonra 8 faiz ucuzlaşdı. Qazaxıstan isə valyuta ehtiyatlarının 10 faizini sterlinqdə saxlayırdı.

Bloomberg Qazaxıstanın nə qədər qazandığını hesablamır, Ancaq bu, yəqin ki, mümkündür.

Beynəlxalq Valyuta Fondunun 2016-cı il fevral hesabatına görə Qazaxıstanın xarici valyuta ehtiyatları 19,8 milyard dollar idi. Bunun da 10 faizi, Bloomberg yazdığı kimi funtda olsa, bu, 1,98 milyard dollarlıq vəsait edir. Qazaxıstan bu funtu dollar çeviribsə və Brexit-də dollar funta qarşı 8 faiz artıbsa, bu o deməkdir ki, Qazaxıstan Mərkəzi bankı 1 gündə təxminən 160 milyon dollar qazanıb.

George Soros
George Soros

ƏN PİS VALYUTA

Britaniyanın funt sterlinqi Bloombergin 31 valyutadan ibarət siyahısında axırıncı yeri tutub. Funt sterlinq 2016-cı ildə dollara nisbətdə düşməkdə Argentina pesosunu da ötdü.

Bloomberg bildirir ki, funt 3 həftədir düşür. İlin əvvəlindən dollara nisbətdə funt 13 faiz ucuzlaşıb.

Funtun bunda sonra da düşəcəyi gözlənilir. Societe Generale bankının Londondakı təhlilçisi Kit Juckes deyir ki, Brexit-dən sonrakı qeyri-müəyyənliklə bağlı funt hələ ucuzlıaşacaq.

Bloombergin 31 valyutadan ibarət siyahısında 2016-cı ildə dollara nisbətdə ən yaxşı nəticədə göstərən Yaponiya yenidir. Sonrakı yerlərdə Braziliya realı, Rusiya rublu gəlir.

XS
SM
MD
LG