Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:07

NATO baş katibi: «Təhlükə yoxdur»


Jens Stoltenberg
Jens Stoltenberg

NATO sammitində liderlər 2017-ci ildə də Əfqanıstanın təhlükəsizlik qüvvələrinə yardımı davam etdirməyi qərara alıblar.

NATO-nun baş katibi Jens Stoltenberg Varşavada 28 üzv ölkə rəhbəri ilə görüşdən sonra Əfqanıstan prezidenti Ashraf Ghani-yə deyib ki, əfqan ordusuna illik 5 milyard dollarlıq maliyyə yardımı da kəsilməyəcək. Vəsaitin çoxu ABŞ-dan gəlsə də, Stoltenberg digər ölkələrin də 1 milyard verəcəyini vəd edib.

«Bizim mesajımız aydındır: Əfqanıstan tək qala bilməz», - o, iyulun 9-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda gələn il də NATO və ABŞ qüvvələrinin sayı dəyişməyəcək, sülhməramlıların tərkibində 12 min hərbçinin olması nəzərdə tutulub.

Sammitin birinci günü NATO liderləri Polşa, Estoniya, Latviya və Litvada 4 çoxmillətli batalyonun yerləşdirilməsinə razılıq veriblər. Stoltenberg deyib ki, burda əsas məqsəd Alyansın bir olduğunu, «güclü müdafiə və konstruktiv dialoq» nümayiş etdirməkdir.

«NATO Rusiyanı təhlükə kimi görürmü» sualının cavabında Stoltenberg deyib ki, Alyans üzvlərinə qarşı heç bir təhlükə yoxdur. Ancaq Soyuq müharibə başa çatandan sonra Rusiya ilə strateji tərəfdaşlığa da nail ola bilməyib.

Baş katib deyib ki, NATO-nun gələn il sammiti Brüsseldə keçiriləcək.

XS
SM
MD
LG