Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:01

«Müstəqilliyi, dövlətçiliyi qorumaq və təhlükəsizliyi etibarlı təmin etmək ən ümdə vəzifələrdir».

Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında məzun buraxılışı ilə əlaqədar keçirilən təntənəli mərasimdə xidmətin rəisi Mədət Quliyev belə deyib.

Bu haqda xidmətin internet saytı xəbər verir.

M. Quliyev qeyd edib ki, dinamik inkişaf edən Azərbaycan bölgənin lideridir: «Eyni zamanda, təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha yüksək peşəkarlıq, bilik səviyyəsi, əməliyyat-döyüş hazırlığı, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunur».

M.Quliyev akademiyanı bitirən gənc zabitlərin «vəzifə borclarını sədaqət və əzmlə davam etdirəcəklərinə» ümidvar olduğunu vurğulayıb.

Ötən ilin dekabrında prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Onun əvəzində iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Buna qədər isə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılmış və bu nazirliyin rəhbərliyində təmsil olunan 20-yə qədər yüksəkçinli zabit həbs edilmişdi. Həmin şəxslər vəzifə səlahiyyətlərini aşmaqda, mənimsəmədə, mütəşəkkil dəstələr yaratmaqda və iş adamlarına qarşı bir çox qanunsuz əməllərdə ittiham edilirlər.

Ancaq müxalif mətbuat bu məsələlərdə əsasən iki versiyanın üzərində dayanırdı. Onlardan bəziləri bunu mülkiyyət uğrunda savaş kimi təqdim edirdi. Bir qisim təhlilçilər də hesab edirdilər ki, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi ölkə rəhbərliyinin gizlin telefon danışıqlarını dinləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG