Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:42

8 aydan sonra ilk rusiyalı turistləri gətirən təyyarə Türkiyənin Antalya şəhərinə enib.

Türkiyə mediasının verdiyi məlumata görə, bu, «Rossiya» aviaşirkətinin çarter reysi olub.

Türkiyə hökuməti çarter reyslərinə icazə versə də, Rusiya hakimiyyəti bəzi formallıqları sonadək yoluna qoymayıb.

İyunun 30-da prezident Vladimir Putin Türkiyəyə turist vizalarının satılması ilə bağlı məhdudiyyətləri götürməyi, iki ölkə arasında çarter reyslərinə qadağanı ləğv etməyi tapşırmışdı.

Kreml bildirir ki, bu, Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın 2015-ci ilin noyabrında öldürülən rus pilotun ailəsindən üzr istəməsindən sonra mümkün olub. Türkiyə hərbi-hava qüvvələri Suriya-Türkiyə sərhədi yaxınlığında Rusiyanın Su-24 bombardmançısını vurmuşdular. Onda Moskva Türkiyəyə qarşı sanksiyalar qoymuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG