Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:48

İkinci Brexit referendumuna "yox"!


İkinci referendum tələbli nümayiş
İkinci referendum tələbli nümayiş

Britaniya hökuməti 4 milyon 125 min vətəndaşın imzaladığı petisiyanı rədd etdi.

Bu petisiya Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı ikinci referendum keçirilməsinə çağırır.

Petisiyada deyilir ki, birinci referendumda “qalmağa və ya çıxmağa səslərin 60 faizdən az olması və səsverməyə gələnlərin 75 faizdən az olması qaydası tətbiq olunsun”

İyunun 23-də keçirilən referendumda səs verənlər 72 faiz idi və 52 faiz Britaniyanın çıxmasına səs verdi.

Reutersin məlumatına görə, Britaniya hökuməti iyulun 9-da petisiyanı rədd etməsini belə izah edir: referendumda səsverməyə gəlməyin aşağı həddi müəyyən olunmamışdı.

Bundan başqa, “bu referendum Britaniya tarixində ən böyük demokratik təcrübələrdən biridir”.

Xarici işlər nazirliyi isə baş nazir Camerondan sitat gətirir ki, belə referendum “bir nəslin tarixində bir dəfə keçirilə bilər və ona görə xalqın iradəsinə hörmət etmək lazımdır”.

XS
SM
MD
LG