Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:26

Polis generalı işdən çıxarıldı


Cavanşir Məmmədov
Cavanşir Məmmədov

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov yaşa görə təqaüdə göndərilib.

«Turan» xəbər verir ki, C.Məmmədov bu vəzifəyə 2001-ci ilin iyun ayından təyin olunub.

C.Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib.

1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.

1994-cü ildə DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, bir müddətdən sonra həmin idarənin rəisi vəzifəsində çalışıb.

Gürcüstanda doğulan general-mayorun 63 yaşı var. Müxalifət razılaşdırılmamış aksiyalar keçirən zaman general-mayor C.Məmmədovun adı ölkə mətbuatında tez-tez çəkilirdi.

Bundan başqa, DİN-in Əsaslı Tikinti İdarəsinin rəisi də işdən çıxarılıb. Polis polkovniki Qasım Əliyevin də yaşla əlaqədar təqaüdə göndərildiyi bildirilir.

Məlumatı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

XS
SM
MD
LG