Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

İraqda ölümcül hücumlar məmurları vəzifəsiz qoydu


Daxili işlər naziri Mohammed al-Ghabban-ın istefası tələbi ilə aksiya
Daxili işlər naziri Mohammed al-Ghabban-ın istefası tələbi ilə aksiya

İraqda ardıcıl ölümcül hücumlardan sonra bir neçə yüksəkvəzifəli dövlət məmuru vəzifəsini itirib.

Baş nazir Haidar al-Abadi daxili işlər naziri Mohammed al-Ghabban-ın istefasını qəbul edib. Bundan başqa, təhlükəsizlik orqanlarının rəhbər şəxsləri də işdən çıxarılıb.

Bağdadda ötən həftə yüzlərlə insanın həlak olduğu iki partlayışdan sonra İraq şiələrinin dini rəhbəri Ali al-Sistani ölkənin təhlükəsizlik orqanlarının yuxarı eşelonunda dəyişiklik aparılmasının vacibliyini vurğulamışdı. O, təhlükəsizliyə məsul şəxsləri korrupsiyaya qurşanmaqda və məsuliyyətsizlikdə ittiham etmişdi.

İyulun 7-də Ramazan bayramına toplaşan kütlə içərisində partlayış və ardınca silahlı hücum zamanı azı 37 adam ölmüş, 60-dan çox adam yaralanmışdı.

İyulun 3-də isə baş vermiş bomba partlayışı zamanı 300-ə yaxın adam həlak olmuşdu.

XS
SM
MD
LG