Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

İndoneziyanın əsas adası - Yavada Ramazan bayramı ziyarətləri ilə yola çıxan və tıxaca düşənlər arasında 12 adam həyatını itirib.

Rəsmilərin məlumatına görə, ölümə səbəb susuzluq və isti hava olub.

Təmir-bərpa işlərinə görə yolda tıxac yaranıb, 20 km-lik tıxac bir-iki gün davam edib.

Həyatını itirənlərin bir çoxu yaşlı insanlardır. Yerli məmurların açıqlamasına görə, istidə maşında gözləməyə ürəkləri tab gətirməyib. Bir körpə isə maşınların tüstüsündən zəhərlənərək ölüb.

Rəsmilər tıxacda səhhətində problemlər yaşanan insanlara tibbi yardım göndərmək istəsə də, ambulansların hərəkəti üçün yol zolağı olmadığından adamlar köməksiz qalıb.

Ölkəboyu bayram səbəbindən yaranan tıxaclar zamanı isə ümumilikdə 400-dən çox adam ölüb.

Yava adasında 145 milyon adam yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG