Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:28

Yoxsullara 25 xəstəxana açan xeyriyyəçi öldü


Edhi, 2012
Edhi, 2012

Bütün Pakistan məşhur xeyriyyəçi Abdul Sattar Edhi-nin dəfn mərasiminə hazırlaşır. Abdul Sattar Edhi yoxsullar üçün xəstəxanalar qurub, yetimxanalar açıb.O, sağlığında «müqəddəs insan», «yaxşılıq mələyi» adlarını alıb.

Edhi iyulun 8-də Kəraçi hospitalında vəfat edib.

Ölkənin baş naziri Nawaz Sharif Abdul Edhi-ni «insanlığın böyük xidmətçisi» adlandırıb.Onun hindistanlı həmkarı isə xeyriyyəçini «öz həyatını bəşəriyyətə xidmətə həsr etmiş alicənab insan» kimi xarakterizə edib.

Edhi biznesmen deyil, ancaq onun 25 özəl xəstəxanası, 1800 ambulansı, 335 yardım mərkəzi var.

19 yaşında pulu olmadığı üçün anasını həkimə apara bilməməsi və məhz pulsuzluq və yoxsulluqdan anasının ölməsi onun həyatına ciddi təsir göstərib.

O, topladığı bütün pulları yoxsullar üçün xəstəxana, yetim uşaqlar üçün uşaq evləri açmağa sərf edirdi.

Edhi-nin yalnız iki dəst paltarı olub və o, ofisinin yanındakı pəncərəsiz otaqda yaşayıb.

Bu illərdə o, böyrək çatışmazlığından əziyyət çəkib. Sharif hökuməti onu xaricdə müalicə almağa göndərmək istəsə də, xeyriyyəçi bundan imtina edib. O, açdığı ictimai xəstəxanalardan birində müalicə almağa üstünlük verib.

XS
SM
MD
LG