Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:34

İyulun 10-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 20-23, gündüz 24-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

İyulun 11-i, 12-si Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi bildirilir. Küləyin tədricən güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4 dərəcəyədək aşağı düşəcək.

Ölkənin rayonlarında isə gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə leysana çevriləcəyi bildirilir. Gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG