Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:12

Turistlər adada yemək qoymadılar


Türkiyədə çimərlik
Türkiyədə çimərlik

Türkiyədə 9-günlük Ramazan bayramı tətili zamanı turist sıxlığı ölkənin bəzi bölgələrində nəqliyyatda tıxac, qida çatışmazlığı yaradıb.

Ölkənin Balıkəsir bölgəsinin Marmara ilçəsinə aid, 2 min 500 əhalisi olan Avşa adasına 130 mindən çox turistin gəlməsi burda yemək problemi yaradıb. Çörək üçün uzun növbələr düzülüb. Otel və pansionatlarda yer olmadığından, istirahətçilər qumsallıqlarda və çəməndə gecələməli olub.

«Hürriyet» qəzetinin xəbərinə görə, mağazalarda qida məhsulları tükənib, içməli su çatışmazlığı yaranıb. Adaya gedən dəniz avtobusları vasitəsilə su və qida ehtiyaclarını ödəmək mümkün olmadığından, yük gəmiləri ilə su və yiyəcək daşınmağa başlayıb.

XS
SM
MD
LG