Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:20

Redaktor indi də maşının yandırıldığını deyir


Asif Mərzili
Asif Mərzili

«Bu gecə partlayışa ayılmışam, görmüşəm ki, maşınım yanır».

Bunu «Təzadlar» qəzetinin redaktoru Asif Mərzili AzadlıqRadiosuna bildirib.

Redaktorun maşının yanması ilə bağlı özünün müəyyən təxminləri var: «Amma istintaq sirridir deyə, aça bilmirəm. Bu il martın 14-də gecə evim yandırılanda olan dəst xətdir. Sadəcə, istintaq bir az uzandı deyə, arxayın düşüblər».

A.Mərzili maşının yanması ilə bağlı hüquq- mühafizə orqanlarına xəbər verdiyini söyləyir.

Redaktor bir müddət öncə də naməlum şəxslərin onun Xətai rayonundakı evini yandırmaq istədiklərini bildirmişdi. O, həmin vaxt da hüquq-mühafizə orqanlarına şikayət etmişdi. Faktla bağlı cinayət işi başlanıb.

Bu gecə isə jurnalist «Honda Accord» markalı şəxsi avtomobilinin qəsdən yandırıldığını bildirir.

A.Mərzili bütün baş verənləri özünün sırf peşə fəaliyyəti, tənqidi yazıları ilə izah edir.

XS
SM
MD
LG