Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:43

İlham Əliyev ATƏT sədri ilə görüşüb


Frank-Walter Steinmeier və İlham Əliyev
Frank-Walter Steinmeier və İlham Əliyev

İyulun 8-də Varşavada Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Walter Steinmeier ilə görüşüb.

President.az saytının xəbərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlham Əliyev həmin gün Polşa prezidenti Andrzej Duda ilə də görüşüb. Rəsmi açıqlamaya görə, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərindən bəhs edilib. Xüsusilə iqtisadiyyat, enerji, təhlükəsizlik və nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Əfqanıstana dəstək, Azərbaycanın NATO və Avropa Birliyi ilə əməkdaşlığına aid məsələlər də müzakirə olunub.

Dünən Varşavada NATO və müttəfiq ölkələrin sammiti başlayıb.

Bu gün başa çatacaq sammitdə əsasən Avropanın şərqində təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunur.

Prezident İlham Əliyev iyulun 7-də Polşanın paytaxtı Varşavaya gedib. O, dünən səhər sammit çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşərək Dağlıq Qarabaş münaqişəsini müzakirə etmişdi.
İlham Əliyev habelə, Əfqanıstan İslam Respublikasının prezidenti Ashraf Ghani ilə də görüşüb.

XS
SM
MD
LG