Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:42

-

Prezident İlham Əliyev Varşavada keçirilən NATO Sammiti çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.

Bu barədə President.az saytı xəbər yayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Bu gün Varşavada NATO və müttəfiq ölkələrin sammiti keçirilir.

Sabah başa çatacaq sammitdə əsasən Avropanın şərqində təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunur.

Prezident İlham Əliyev iyulun 7-də Polşanın paytaxtı Varşavaya gedib.
O bu gün sammit çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşərək Dağlıq Qarabaş münaqişəsini müzakirə edib.

İlham Əliyev bu gün habelə, Əfqanıstan İslam Respublikasının prezidenti Ashraf Ghani ilə də görüşüb.

XS
SM
MD
LG