Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:38

-

Azərbaycanda vaxtı keçmiş kreditlərin artdığı bildirilir.

Mərkəzi Bankın (MB) hesabatına görə, may ayında problemli kreditlərin həcmi 132,9 milyon manat artıb. İyunun 1-i bu rəqəm 1 milyard 514 milyon manata çatıb.

Problemli kreditlərin ümumi kredit portfelindəki payının da kəskin artdığı deyilir. Bunun ümumi portfeldə çəkisinin 8,3 faiz olduğu qeyd edilib. Bir ay əvvəl isə bu göstərici 7,4 faiz idi.

Kredit qoyuluşları azalıb

Bankların kredit qoyuluşlarının da azaldığı açıqlanıb. MB-nin hesabatına görə, iyunun 1-nə ölkə banklarının ümumi kredit portfeli 18 milyard 197,1 milyon manat təşkil edib. Bu may ayında kredit portfelinin 561,6 milyon manat azalması deməkdir.

Ancaq Azərbaycandakı müstəqil iqtisadçılar bu rəqəmlərə bir qədər şübhə ilə yanaşırlar. Onlar düşünür ki, problemli kreditlər daha çoxdur.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Manat dollar qarşısında iki dəfə dəyər itirib.

Mətbuatın yazılanlara görə, problemli kreditlər üzündən ölkədə intiharların da sayı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG