Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 14:34

-

Mərkəzi Bank (MB) vəsaitlərin cəlb edilməsi üzrə üçüncü dəfə depozit hərracı keçirəcək.

İyulun 11-də keçiriləcək dolayı depozit hərracında 50 milyon manat vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 30 gündür. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01-6,99 arasında dəyişir.

İlk depozit hərracında MB-nin 150 milyon manat vəsait cəl etmək istəyi baş tutmadı. Bundan sonra, baş bank ikinci hərraca 50 milyon manatlıq tələblə getti və istənilən vəsait cəlb edə bildi.

Depozit fiziki və hüquqi şəxslərin bankda saxladıqlari pul vəsaitləridir.

Bu vəsaitlər əmanətçilərə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına uyğun müəyyən gəlir qazandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG