Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:00

-

UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "F91 Düdelanj" matçının hakimləri bəlli olub.

“Qarabağ” klubunun saytının yaydığı xəbərə görə, oyunun baş hakimi israilli Orel Qrinfild olacaq. Ona həmyerliləri Danni Krasikov və İdan Yarkoni kömək edəcəklər.

Menashe Masiah qarşılaşmada 4-cü hakim funksiyasını yerinə yetirəcək.

"Qarabağ" - "F91 Düdelanj" oyunu iyulun 12-si saat 21:00-da başlayacaq.

Azərbaycanı Avropa Liqasında isə 3 klub təmsil edir. Bakının “Neftçi”, Gəncənin “Kəpəz” və Qəbələnin eyni adlı klubları.

İlk mərhələdə rəqiblərindən üstün olan hər üç klub II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG