Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:42

Diktatorun vəfatının 22 illiyi qeyd edilir


Şimali Koreya ölkənin banisi Kim İr Senin vəfatının 22 illiyini qeyd edir.

Mərasimdə sübh tezdən minlərlə adam iştirak edib, onun Pxenyandakı abidəsi önünə güllər düzüblər.

Kim İr Sen 1994-cü il oyulun 8-də vəfat edib.

İnqilab muzeyinin qarşısında onun 25 metrlik heykəli qoyulub.

“Ulu ömdər” adlandırılan Kim İr Senin heykəli hələ onun sağlığında-1970-ci illərdə qoyulub.

Oğlu Kim Çen İrin heykəli isə orda 4 il bundan əvvəl peyda olub.

İndiki prezident Kim Çen İn də abidənin önünə əklil qoyub.

Amma “Parlaq yoldaş” ın özü mərasimdə gözə dəyməyib.

“Bura gəlib dahi liderlərimizin heykəllərini görəndə onların çatışmazlığını hiss elədim. Həyatlarını xalqa verən bu dahi liderlər daima qəlbimizdə, ürəyimizdə qalacaqlar”.

Mun Yen Xva adalı şəhər sakini deyir.

Kim İn Sen 50 ildən çox ölkə başçısı olub.

O ölkənin rəsmi “Çuçxe” ideologiyasının banisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG