Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Ermənistan Rusiyaya alternativ yol axtarır


Gürcüstan-Rusiya yolunda torpaq sürüşməsi , 2014
Gürcüstan-Rusiya yolunda torpaq sürüşməsi , 2014

Ermənistandan Rusiyaya yollanan yük və sərnişin daşıyan maşınların iki həftə Rusiya-Gürcüstan sərhədində qalması Ermənistan hökumətini şimal istiqamətində yeganə yola alternativ axtarmağa məcbur edir, Ermənistan baş naziri Hovik Abrahamyan hökumət kabinetinin iclasında bəyan edib.

Ermənistanı Rusiya ilə bağlayan üç avtomobil yolundan yeganə yol (Gürcüstan hərbi yolu) iyunun 23-dən güclü seldən sonra bağlanıb. Daha iki yol - Abxaziya və Cənubi Osetiyadan keçən yollar on illərdir ki, (Gürcüstanla münaqişə səbəbindən) fəaliyyət göstərmir.

Təbii fəlakət nəticəsində Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi yaxınlığında yolun təxminən 800 metri yenidən bərpa olunmalıdır. Nəzarət-buraxılış məntəqəsi də ciddi zərər çəkib.

Gürcüstan Hərbi yolunun bağlanması səbəbindən Ermənistanda qızğın meyvə və tərəvəz yığımı dövründə xüsusilə kənd təsərrüfatı məhsul ixracatçıları zərər çəkib, - bunu BBC-nin müxbiri Yerevandan xəbər verir. Dolayısı ilə Qara dəniz üzərindən bərə ilə məhsulun Rusiya bazarlarına çatdırılması əlavə maliyyə xərcləri tələb edir və məhsulun maya dəyərini artırır.

Yuxarı Lars məntəqəsində iyunun 24-dən 200 yük, 40 minik maşını və 230-a yaxın sərnişin təcrid olunub qalmışdı.

Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarələri 300 Ermənistan vətəndaşını Yerevana çatdırıb. Gürcüstan Daxili İşlər Nazirliyi isə helikopterlə 60 rusiyalı turisti Rusiyanın sərhədinə köçürüb.

5 MİLYON TONLUQ TORPAĞIN SÜRÜŞMƏSİ

İyulun 7-dən Yuxarı Lars nəzarət-buraxılış məntəqəsindən keçid açılsa da, torpaq uçqunu təhlükəsi var, cümə axşamı Ermənistan hökumət kabinetinin iclasında nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan bəyan edib.

Beqlaryan Tbilisidə Gürcüstan baş naziri ilə görüşərək məsələni müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, Gürcüstan hökumətinin başçısı nəzarət-buraxılış məntəqəsində vəziyyətdən narahat olduğunu bildirib, çünki təhlükə hələ tam ləğv edilməyib – “hazırda yolun üstündə 5 milyon ton torpaq asılıb və hər an sürüşə bilər”.

Gürcüstan tərəfi gələcəkdə yolun bu hissəsində yerüstü tunel tikmək imkanını nəzərdən keçirir, lakin bu, “kifayət qədər ciddi xərclərlə“ bağlıdır, Ermənistan nəqliyyat və rabitə naziri deyib.

“Yolun bu hissəsi bizim üçün həmişə təhlükəli olacaq və yağışlardan sonra yenə problem yara bilər”, - deyə Beqlaryan sahibkarları yüklərin bərə vasitəsilə nəql etmək imkanlarından “daha fəal istifadə etməyə” çağırıb.

XS
SM
MD
LG