Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 16:14

Vəli Ələsgərova kəsilən hökmdən şikayət verilir


Vasif Talıbov və Vəli Ələsgərov

Vasif Talıbov və Vəli Ələsgərov

«Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində Hərbi Məhkəmənin qərarından bu gün şikayət hazırladıq».

Bunu AzadlıqRadiosuna V.Ələsgərovun vəkili Vüqar Xasayev bildirib.

Vəkilin deməsinə görə, məhkəmə prosesində V.Ələsgərova ünvanlanan ittihamlar sübuta yetirilmədiyindən, hökmü ədalətsiz sayırlar. Müdafiə tərəfi sabiq nazirə bəraət verilməsini tələb edir.

V.Ələsgərov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.

Sabiq nazir Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.

V.Ələsgərovun 50-dən çox qohumunun işdən çıxarıldığı, əmlaklarının əllərindən alındığı bildirilir. Onun vəkillərinin bildirməsinə görə, sabiq nazir istintaq prosesində fiziki işgəncələrə və təhqirə məruz qalıb.

Ancaq Azərbaycan və Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanları işgəncə iddialarını təkzib ediblər.

V.Ələsgərovun özünün də nazir işləyərkən işgəncələrlə bağlı göstəriş verdiyi iddia olunur.

V.Ələsgərov 15 il ərzində Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. O, 2015-ci ilin dekabrında işini itirib. Naxçıvanda bu nazirliyin bazası əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında barəsində həbs-qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG