Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:36

Rusiyalıların dost-tanışdan, qonum-qonşudan aldığı borc, başqa sözlə, qeyri-formal kredit 2015-ci ildə orta hesabla 8700 rubl olub. Bu da təxminən 200 manatdır.

Rusiyalılar borc götürəndə isə orta hesabla 11 min rubl istəyirlər. Bunu Maliyyə Araşdırmaları Milli Agentliyi bildirir.

İl ərzində bir şəxs qeyri-formal krediti bir neçə dəfə götürürür, ona görə də bir şəxsin bir ildə aldığı qeyri-formal borc orta hesabla 18540 rubldur. Borcların hamısı vaxtında qaytarılmadığına görə, borc verənlər bir ildə orta hesabla 20100 rubl borc verirlər.

Borc alıb, vermə rusiyalıların 45 faizini əhatə edir.

Bu qeyri-formal kreditləşmə son 5 ildə bank kreditləşməsi ilə eyni miqyasdadır.

Rusiyalılar təkcə may ayında banklardan 198 milyard rubl kredit götürüblər. Bu, 2015-ci ilin mayı ilə müqayisədə 15 faiz çoxdur.

XS
SM
MD
LG