Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:35

-

ABŞ Prezidenti Barack Obama deyir ki, NATO siyasi iradəsini toplamalı və problemlərin həlli üçün öhdəliklər götürməlidir. Obama həmin problemlər sırasında İslam Dövləti (İŞİD) qruplaşması ekstremistlərini, Rusiya, Britaniyanın Avropa Birliyindən çıxmasına səs verməsini, milyonlarla insanı Avropada sığınacaq axtarmağa sövq edən münaqişələri sadalayır.

İyulun 8-də “Financial Times” Barack Obama-nın məqaləsini dərc edib. O, iyulun 8-də Pplşanın paytaxtı Varşavada NTO sammitinə qatılacaq. Obama yazır ki, bu, “soyuq müharibə dövründən bəri translatlantik alyansımızda ən vacib məqam ola bilər”.

Sammitdə daha çox Rusiyanın Şərqi Avropadakı hərəkətləri müzakirə olunacaq. 2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən Qərblə Rusiyanın münasibətləri soyuyub.

“Rusiyanın Ukraynaya qarşı təcavüzü bizim bütöv, azad və dinc Avropayla bağlı mövqeyimizə təhlükə yaradır”, Obama yazır.

ABŞ Prezidenti məqaləsində İŞİD qruplaşmasının NATO üzvlərində törətdiyi qətllərdən, Avropaya miqrant axınına səbəb olmuş münaqişələrdən də söz açır.

XS
SM
MD
LG