Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:56

Varşavada NATO sammiti başlayır


NATO
NATO

Bu gün Polşanın paytaxtı Varşavada NATO və tərəfdaş ölkələrin sammiti başlayır.

Sammitdə NATO ölkələrinin təhlükəsizliyinin gücləndirilməsinin müzakirə ediləcəyi bildirilir.

Toplantıda müttəfiqlərin Estoniya, Latviya, Litva və Polşada rotasiya əsasında 4 çoxmillətli batalyon yerləşdirilməsi barədə razılığın da əldə edəcəyi gözlənilir.

Bundan başqa, NATO ölkələri sərhədlərindən kənarda sabitliyi bərpa etməkdən ötrü İraqdakı təlim missiyasının uzadılması və təşkilatın Aralıq dənizində rolunu artırması da gündəlikdə durur.

NATO həmçinin, «İslam Dövləti» qruplaşması ilə mübarizədə beynəlxalq koalisiyaya dəstək məqsədilə bölgədə ABAKC kəşfiyyat təyyarələri yerləşdirilməsi barədə də qərar qəbul etməlidir.

Təşkilatın gündəliyində habelə, Əfqanıstana yardımların davam etməsi, Ukrayna, Moldova və Gürcüstanla əməkdaşlığı möhkəmləndirmək məsələsi də durur.

Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov da bu sammitdə iştirak edir.

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayır.

2004-cü ildə Azərbaycan bu alyansın Fərdi Tərəfdaşlıq Əməliyyat Planına qoşulub. Ancaq son illər Azərbaycan rəsmiləri açıqca bildirirlər ki, NATO-ya üzvlük məsələsi gündəlikdə durmur. Müxalifət hakimiyyətin bu mövqeyini Rusiyanı qıcıqlandırmaq istəməmək və islahatlardan qaçmaq kimi dəyərləndirir.

XS
SM
MD
LG