Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:00

Tərtərdə tank əleyhinə qumbara aşkarlanıb


Minaaxtaran
Minaaxtaran

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssislərinin iyulun 7-də 5500 kvadratmetr ərazidə təmizləmə işləri apardığı bildirilir.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Şıxarx kəndində 1 partlamamış tank əleyhinə qumbara (PQ-7) aşkar olunub. Hərbi sursatın Mərkəzi Məhvetmə Ərazisinə göndərildiyi deyilir.

Agentlik təkrar araşdırmaya başladıqları aprelin 7-dən iyulun 7-dək 1577 partlamamış hərbi sursat, 18 piyada, 15 isə tank əleyhinə mina aşkar edərək zərərsizləşdirdiyini bildirir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci ildə təsis edilib.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-nə kimi təkrar hərbi əməliyyatlar baş verdikdən sonra agentlik bölgədə yenidən təmizlənmə işinə başlayıb.

XS
SM
MD
LG