Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

“NATO həlledici anla üz-üzədir”


Jens Stoltenberg (solda) və Andrzej Duda

Jens Stoltenberg (solda) və Andrzej Duda

-

NATO-nun Baş katibi Jens Stoltenberg deyir ki, alyans “təhlükəsizlik baxımından həlledici ana” çatıb və Polşada bu gün başlanan sammitdə bu problemdən danışılacaq.

Stoltenberg iyulun 7-də Varşavada Polşa Prezidenti Andrzej Duda ilə birgə mətbuat konfransında danışıb. İyulun 8-9-da keçiriləcək sammitdə Moskvanın Şərqi Avropadakı hərəkətləri müzakirə mövzusu olacaq.

“Dünya bir neçə il öncəkindən daha təhlükəli yerə çevrilib. NATO buna sürət və qətiyyətlə cavab verir”, Stoltenberg deyib.

“Kommersant” qəzetində müsahibəsində Rusiyanın NATO-dakı səfiri Aleksandr Grushko alyansı “qarşıdurma gündəmi” yaratmaqda ittiham edib və xəbərdarlıq edib ki, Rusiya əks-tədbirlər atacaq.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra ikitərəfli münasibətlər pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG