Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 16:05

-

Rusiya televiziyası Moskvadakı ABŞ səfirliyinin pilləkənləri üstündə rusiyalı polis zabitiylə ABŞ diplomatının dalaşmasını göstərdiyini deyir.

Bu insident barədə məlumat ötən ayın sonunda yayılıb. “The Washington Post” qəzeti ABŞ diplomatlarına istinadla yazıb ki, iyunun 6-da səfirlik əməkdaşı polisin hücumuna məruz qalıb.

Rusiya rəsmiləri həmin diplomatı casus adlandırıb və polisə onun hücum etdiyini bildirib.

NTV televiziyası isə səfirliyin yerləşdiyi küçədəki kameranın görüntüsünü yayıb.

Videoda görünən odur ki, bir sarı taksi səfirliyə yaxınlaşır, bir nəfər oradan çıxır. Girişə doğru üçcə addım atan kimi keşikçi polis məntəqəsinin qapısı açılır, polis geyimində bir nəfər çıxır, taksidən çıxanı yerə yıxır. Daha sonra videoda polis əməkdaşının həmin şəxsi yerə yıxıb döydüyü görünür. Döyülən birtəhər onun əlindən çıxıb qapıya doğru irəliləyir, videogörüntü də burada kəsilir.

XS
SM
MD
LG