Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:26

Şiə ziyarətgahında 35 nəfər öldürülüb


Baladda növbəti partlayışdan sonra, arxiv fotosu

Baladda növbəti partlayışdan sonra, arxiv fotosu

-

İyulun 7-də axşam Bağdadın şimalında yerləşən şiə ziyarətgahına İslam Dövləti qruplaşması yaraqlıları hücum edib. Onların yaratdığı qarışıqlıqda üç intiharçı məbədə girib və özünü partladıb. İraq rəsmiləri azı 35 nəfərin öldüyünü, 40-dan çox adamın yaralandığını bildirir.

Bir neçə gün öncə Bağdadın mərkəzində törədilən partlayışda azı 292 nəfər həlak olmuşdu.

Zəvvarlar Baladdakı Sayyid Muhammad bin Ali al-Hadi mavzoleyinə Ramazan bayramını qeyd etməyə yığışıblarmış. Partlayışdan yarım saat sonra azı 20 yaraqlı məbədi nəzarətinə alıb. Ancaq sonradan əlavə polis qüvvələri gəlib, azı yeddi yaraqlı öldürülüb.

Hücuma görə məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG