Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:01

Fransa finalda


EURO 2016
EURO 2016

-

Oyun sona yetir. Fransa beləliklə finala çıxır. Finalda Fransa və Portuqaliya milliləri qarşılaşacaq.

Qolu yenədə Antoine Griezmann vurur.

Fransa millisi 72-ci dəqiqədə hesabı artırır-2:0.

Oyunun 71-ci dəqiqəsi gedir . Hesab dəyişməyib-1:0.

Almaniya millisinin oyunçusu Jerome Boateng zədələnir və oyunu tərk edir.

-

Oyunun ikinci hissəsi gedir. Hesab Dəyişməyib.

Fransa hesabı açır. Qolu 45+2-ci dəqiqədə penalti zəribəsindən Antoine Griezmann vurur-1:0.

Oyun hər iki tərəfin hücumu ilə davam edir. Hesab açılmayıb.

Oyunun 37-ci dəqiqəsi gedir.

Hər iki komanda hücum edir. Hesab hələlik açılmayıb.

-

Hazırda görüşün 30-cu dəqiqəsi gedir. Hesab açılmayıb.

Oyun başladı.

Almaniya millisi
Almaniya millisi

Fransada keçirilən futbol üzrə Avropa çempionatının növbəti finalçısı bəlli olur.

Yarımfinalda Almaniya və Fransa milliləri qarşılaşır.

Fransa millisi
Fransa millisi

Komandaların heç biri hələlik uduzmayıb. Ona görə də oyunun gərgin və maraqlı olacağı gözlənilir.

Fransa və Almaniya milliləri indiyədək rəsmi yarışlarda 12 dəfə qarşılaşıblar.

Bunun 6-da Fransa, 4-də isə Almaniya qalib gəlib.

2 oyun isə heç-heçə olub.

Bugünkü oyunun qalibi finalda Portuqaliya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Portuqaliya yığması dünən Uelsi 2:0 hesabə ilə məğlub edərək finala çıxıb.

7 iyul

“Avro-2016”-yarımfinal

23:00. Almaniya - Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini (İtaliya)

Marsel.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG