Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:20

Rio de-Janeyroda minlərlə insan nümayişə çıxıb.

Onlar olimpiya oyunlarına miloyonlarla dollar vədait xərclənməsinə etiraz bildiriblər.

Əvvəlcə dinc keçən nümayişdə sonradan hərc-mərclik başlayıb və polislə toqquşma olub.

Olimpiadaya 1 aydan da az vaxt qalır.

Aksiyaçılar bildirir ki, olimpiadaya milyonlarla xərc çəkildiyi halda sosial xərclər ixtisar olunur.

Braziliya hazırda kəskin iqtisadi böhran və infilyasiya dövrünü yaşayır.

Olimpiya oyunlarına xərclər isə artıq 100 milyon dolları keçib.

Rio ştatında maliyyə problemi o həddə çatıb ki, fövqəladə vəziyyət rejimi elan edilib.

Hökumət isə olimpiya oyunları vaxtı təhlükəsizliyin təmin edilməsinə təcili şəkildə 850 milyon vəsait ayırıb.

Aksiyaçılar hesab edir ki, bu pullar təhsil və sosial xərclərə sərf olunmalıdır.

Rioda nümayiş sonda qarətlər, avtobus dayanacaqları və zibil yeşiklərinin dağıdılması ilə müşahidə olunub.

Üzlərini bağlayan bir neçə aksiyaçı isə Braziliya bayrağını yandırıblar.

Polis vəziyyəti nəzarətə götürmək üçün rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, saxlananlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG