Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04

-

Avropadan yayımlanan “Azərbaycan Saatı” proqramı mərhum jurnalist Elmar Hüseynov haqqında film hazırlayıb.

Filmin yaradıcıları sosial şəbəkələrdə filmin anonsunu yayıblar.

Elmar Hüseynovun öldürülməsinin 11-ci ildönümünə həsr edilən “Sözün qətli” adlanan filmdə dünyada terror qurbanları olan jurnalistlər də xatırlanır.

Yaradıcıları filmi Elmar Hüseynovun ad günü ərəfəsində yayacaqlar.

Elmar Hüseynov 1967-ci ilin iyulun 17-də Bakıda doğulub. O, jurnalist fəaliyyətinə 1995-ci ildə «Zerkalo» qəzetində başlayıb.

1996-cı ildən tənqidi məzmunlu «Monitor» jurnalının çapına başlayıb.

E. Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb.

Qətlin sifarişçiləri və icraçıları, hələ də, həbs edilməyib. Jurnalistin həyat yoldaşı və azyaşlı oğlu onun ölümündən sonra Norveçə mühacirət ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG