Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:51

-

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyulun 11-12-də Azərbaycana səfər edəcəyi deyilir.

Turan-ın xəbərinə görə, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat qeyd edib ki, gündəliklə ikitərəfli əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri var.

Lavrovun Bakıya səfərinin planlaşdırıldığını iyunun 30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da jurnalistlərə demişdi.

E.Məmmədyarov bildirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi Lavrovun regiona səfərinin nəticələrindən asılı olacaq.

Sergey Lavrov bundan əvvəl Ermənistanda olmuşdu. Onun Azərbaycana Yeravandan gələcəyi gözlənirdi. Lakin Rusiya xarici siyasət idarəsinin rəhəri Yeravandan Moskvaya dönmüşdü.

Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin toplantısında iştirak edirdi.

Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə iyunun 20-də Rusiya dövlət başçısı V. Putinin iştirakı ilə Sankt-Peterburqda görüşüb Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG