Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 17:46

ABŞ Dövlət katibi John Kerry Kiyevdə rəsmi səfərdədir.

Kerry ölkə rəhbərliyi ilə Ukraynanın şərqindəki vəziyyəti, atəşkəs rejiminin durumunu müzakirə etməlidir.

Kerrynin səfəri NATO-nun Varşavada keçiriləcək sammiti ərəfəsinə təsadüf edir.

Bu sammitdə Ukrayna prezidenti Petro Poroshenko da iştirak edəcək.

Ukrayna prezident aparatı rəhbərinin müavini Konstantin Eliseev deyib ki, Kerrinin səfəri zamanı əsasən qlobal və regional təhlükəsizlik, habelə Ukrayna ilə NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunmalıdır.

O bildirib ki, Ukrayna özünün köhnəlmiş silahlarını təkmilləşdirmək üçün ABŞ və digər müttəfiqlərdən əlavə maliyyə yardımı almaq ümidindədir.

Qeyd edək ki, Kerry Ukraynaya Gürcüstandan gedib.

XS
SM
MD
LG