Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:40

-

Fransa yığmasının sabiq hücumçusu Thierry Henry hesab edir ki, həmvətəni Paul Pogba-nın tarixə ən yaxşı yarımmüdafiəçi kimi düşmək üçün hər şeyi var.

Henry 23 yaşlı fransızın İngiltərə çempionatında oynamasını da istəyir. Hazırda Pogba-ya “Çelsi” və “Mançester Yunayted” maraq göstərir. Sky Sports Henry-nin bu açıqlamasını yayıb:

“Pogba-nın tarixdə ən yaxşı yarımmüdafiəçilərdən biri ola biləcəyini düşünürəm. Bunun üçün onda bütün keyfiyyətlər var. Pogba-nın həmişə komandanın mənafeyi naminə çalışması xoşuma gəlir. “Yuventus”da hücum əməliyyatlarında daha çox iştirak edirsə, Fransa yığmasında irəlidə Qrizmann ilə Jiru olduğundan, müdafiəyə daha yaxın oynamalı olur. Bu artıq onun ağlının göstəricisidir. Ümid edirəm ki, o günlərin birində premyer-liqaya qayıdacaq. Bu həm bizim üçün, həm də onu alacaq klub üçün yaxşı olardı. Bununla belə, Paul hələ ki “Yuventus”un oyunçusudur və turinlilər onu elə-belə buraxmayacaq”.

XS
SM
MD
LG