Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

-

Yarımfinal oyununda Uelsin qapısına ilk qolu vuran Cristiano Ronaldo Avropa çempionatları tarixinə düşdü.

Belə ki, portuqaliyalı hücumçu AÇ-84-də 9 qol vuran fransız Michel Platini-yə çatdı.

Turnir ərəfəsində Ronaldo kimi, isveçli Zlatan Ibrahimovic-in də hesabında 6 top var idi. Ancaq o Fransanı qol vurmadan tərk etdi.

Cristiano Ronaldo həmçinin 21-ci əsrdə iki qitə birinciliyinin yarımfinalında fərqlənən ilk futbolçu oldu. Forvard həm AÇ-2004-də Hollandiyanın qapısına yol tapmışdı (2:1), həm də iyulun 6-da Uelslə oyunda (2:0) bunu bacardı.

Ronaldoya qədər yalnız üç futbolçu iki yarımfinalda qol vurmuşdü. Bunlar SSRİ yığmasının forvardları Viktor Ponedelniklə Valentin İvanov, bir də serb Draqan Caiçdir.

Bax: Platinin 9 qolu

Günün bütün mövzuları

XS
SM
MD
LG