Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:29

Azərbaycan hökumətinə 'yox' dedilər


Rəsul Cəfərovu polis saxlayır (Arxiv)
Rəsul Cəfərovu polis saxlayır (Arxiv)

-

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı qərardan Azərbaycan hökumətinin etdiyi şikayətə baxıb.

Şikayətin qəbul edilməməsi ilə bağlı qərar verilib. Bu barədə AİHM-ın məlumatında deyilir.

Bununla da AİHM-ın hüquq müdafiəçisi ilə bağlı verdiyi qərarı qüvvəyə minib

Bu il martın 17-də AİHM hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə qərarını açıqlamışdı.

Həmin qərara görə, milli məhkəmələr Rəsul Cəfərovun Avropa Konvensiyasında təsbit olunan azadlıq və toxunulmazlıq hüququnu pozublar.

Hüquq müdafiəçisinin məhkəmə araşdırmasını ağlabatan müddətdə aparmaq, məhkəməyədək azad edilmək və həbsin qanuniliyi hüquqlarının da pozulduğu açıqlanıb.

Azərbaycan hökuməti Rəsul Cəfərova dəymiş zərərə görə 25 min, hüquq məsrəflərinə görə isə 7 min 448 avro ödəməlidir. Onun haqqında yerli məhkəmələrin qərarları da ləğv edilib yenidən araşdırılmalıdır.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 6 il 6 aylıq həbs cəzası kəsib. SonradanApellyasiya Məhkəməsi bu cəzanı 3 ay azaldıb.

Hüquq müdafiəçisi 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.

Beynəlxalq təşkilatlar Rəsul Cəfərovu vicdan məhbusu kimi tanıyıblar.

Buna da bax: Qorillalar Fransa-Almaniya oyununun çətin olacağını deyirlər

Qorillalar Fransa-Almaniya oyununun çətin olacağını deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

XS
SM
MD
LG