Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:05

Qorillalar həm Fransa, həm də Almaniya dedilər


Duysburq zooparkında Qorillalar Futbol üzrə Avropa çempionatının yarımfinalında Fransa-Almaniya görüşünün qaliblərini müəyyənləşdiriblər.

Zooparkın işçiləri onlara üstündə Almaniya və Fransanın bayraqları olan iki qutu təklif ediblər.

Qayda sadədir-onlar bu qutulardan birini seçməlidir.

Qutulardan birində yemək var,amma qorillalar bundan xəbərsizdir.

Yemək Fransa bayrağı olan qutudadır.

Onlara baxan Yan Vudboer deyir ki, heyvanların davranışı oyunun çətin olacağını göstərir.

“Onlar birinci Fransanı seçdilər. Belə çıxır ki, ilk olaraq onlar irəlidə olacaq. Amma sonda onlar Almaniya bayrağı olan qutunu açdılar. Bu isə bizə ümid verir ki, Almaniya millisi ilkin uğursuzluqdan sonra evə qələbə ilə dönəcək”, deyə o bildirir.

Amma bu qorillaların zooparkda tək qayğısı deyil.

Burda dalbadal iki bala dünyaya gəlib.

Lap balaca iyulun 5-də doğulub.

Baxıcıların sözlərinə görə o çox içir və çox yatır.

Amma anasından bərk yapışdığından hələ ki, cinsini müəyyən eləmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG