Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:10

-

Gəncə şəhərində 42 yaşlı Tünzalə Vaqif qızı Qurbanovanın sirkə turşusu içdiyi bildirilir.

APA-nın xəbərinə görə, qadının meyiti müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Mərhumənin sirkə turşusunu intihar məqsədi ilə içdiyi güman edilir. Ancaq bunun səbəbi, hələlik, açıqlanmır.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Bir gün əvvəl isə Sabirabad rayonunda 24 yaşlı gəncin, Biləsuvar rayonunda isə 60 yaşlı qadının özünü asdığı deyilirdi.

Azərbaycanda son vaxtlar intiharların artdığı bildirilir. Ancaq ölkədə intiharların səbəblərini ayrıca araşdıran mərkəz yoxdur. Mətbuatda yer alan fikirlərə görə, insanlar daha çox maddi ehtiyaclardan və hüquqsuzluqdan canlarına qıyırlar.

Şərhləri göstər

XS
SM
MD
LG