Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:49

Merkel Rusiyanın hərəkətlərindən danışır


Angela Merkel (solda) və Rusiya Prezidenti Vladimir Putin

Angela Merkel (solda) və Rusiya Prezidenti Vladimir Putin

-

Almaniyanın kansleri Angela Merkel deyir ki, Rusiyanın Ukraynadakı hərəkətləri Qərblə qarşılıqlı inamı sarsıdıb və NATO-nun Şərqi Avropadakı üzvlərini narahat edib.

“Sözdə və əməldə beynəlxalq hüquq və sərhədlərin toxunulmazlığı sual altına düşübsə, əlbəttə ki, inam itirilib”, Merkel iyulun 7-də alman parlamentində deyib.

İyulun 8-9-da Varşavada NATO sammiti gözlənir. İclasda Moskvanın Şərqi Avropadakı hərəkətlərinə diqqət ayrılacaq.

Şura 2014-cü ildən bəri ilk iclasını apreldə keçirib. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra NATO-Rusiya münasibətləri Soyuq Müharibə dövründən bu yana ən aşağı həddə düşüb.

Amma Merkel onu da vurğulayıb ki, Qərb Rusiyayla dialoqu davam etdirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG