Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:21

Bu gün YUĞ-da «Medeya...» oynanacaq


«Medeya. Sekvensiya 001»
«Medeya. Sekvensiya 001»

İyulun 7-də saat 19:00-da YUĞ Dövlət Teatrında «Medeya. Sekvensiya 001» tamaşasına ictimai baxış keçiriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tamaşa Vladimir Klimenkonun «Medeya Teatrı» pyesi əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər.

Ömür boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa iş günü olmayan vaxtda- boş teatrda öz arzusunu gerçəkləşdirmək istəyir.

Tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında olan dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməzdən öncə, o biri - öldürdükdən sonra.

«Medeya. Sekvensiya 001» – aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Tamaşanın sürəci 1 saat 15 dəqiqədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG