Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:28

Fransa iqtisadiyyatı dünyada 5-ci yeri Britaniyadan aldı


Avropa Birliyindən çıxmaq qərarına qarşı nümayiş

Avropa Birliyindən çıxmaq qərarına qarşı nümayiş

Britaniyanın "The İndependent" qəzeti yazır ki, funt sterlinq son 31 ildə ən aşağı məzənnə səviyyəsinə endikdən sonra Fransa Britaniyanı ötərək beşinci iqtisadiyyat olub.

Funt sterlinq çərşənbə günü dollara nisbətdə 14 faiz, avroya nisbətdə isə 0,9 faiz ucuzlaşıb.

Funt avroya nisbətdə 2013-cü ildən bəri ən çox ucuzlaşmaya məruz qalsa da, 2015-ci il üçün ümumi daxili məhsulda Fransa Britaniyadan azacıq irəli çıxıb.

Birləşmiş Krallıq 2014-cü ildən bəri dünyanın 5-ci böyük iqtisadiyyatı sayılırdı.

Britaniya Fransadan beşinciliyi 1997-ci ildə almışdı. O vaxt Birləşmiş Krallığın iqtisadiyyatı çiçəklənmə dövrünü yaşayırdı. Bundan sonra, 2008-ci il böhranı zamanı Fransa yenidən Britaniyanı geridə qoymuşdu.

"The İndependent" yazır ki, Britaniyada keçirilmiş Avropa referendumunun ardınca Birləşmiş Krallıq şirkətlərinin səhmləri kəskin düşüb. Tesco və Morrisons supermarketlərinin səhmləri 7 faiz ucuzlaşınb.

Daşınmaz mülkiyyət sahəsində də geriləmə müşahidə edilir.

İnvestorlar ölkənin gələcəyinə dair qeyri-müəyyənlik şəraitində öz maliyyə vəsaitlərini Britaniya bazarından çəkməyə başlayıb.

XS
SM
MD
LG