Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 12 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Azərbaycan ordusunun Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı və Bala Cəfərli kəndlərindəki mövqeləri atəşə tutulub.

Bundan başqa, Berd rayonunun Ayqepar kəndindən də Azərbaycan ordusunun Tovuz rayonunun Hacıalılı kəndindəki mövqelərinin vurulduğu açıqlanıb.

Məlumatda bildirilir ki, Ağdam, Xocavənd və Füzuli rayonlarının işğal altındakı ərazilərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Müdafiə Nazirliyinin iyulun 6-da yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 14 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG