Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 22:31

ABŞ-la Gürcüstan hərbi əməkdaşlığı dərinləşdirir


John Kerry (ortada) Tbilisidə gəzir, 6 iyul, 2016-cı il

John Kerry (ortada) Tbilisidə gəzir, 6 iyul, 2016-cı il

-

Birləşmiş Ştatlar və Gürcüstan hərbi əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. ABŞ Dövlət katibi John Kerry Vaşinqtonun Tbilisiyə ərazi mübahisələrində dəstəyini bildirib.

Kerry-nin iyulun 6-da Gürcüstana səfəri zamanı tərəflər yeni hərbi əməkdaşlıq sazişi imzalayıblar.

“Birləşmiş Ştatların Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz qalır”, Kerry deyib. “Rusiyanın Gürcüstanın ərazisinin bəzi hissələrini işğal etməsi və hərbləşdirməsi qəbuledilməzdir”.

Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini dəstəkləyir və onları müstəqil dövlət kimi tanıyıb.

Kerry iyulun 7-də Ukraynaya gedir. Rəsmilərlə ölkənin şərqindəki münaqişəyə son qoymağın yollarını müzakirə edəcək.

İyulun 8-də isə Polşada NATO-nun sammiti gözlənir. Sammitdə Rusiyanın Şərqi Avropadakı hərəkətləri müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG