Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:29

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri iyulun 6-da Ağdam rayonunun Əhmədağalı və Göygöl rayonunun Mollacəlil kəndi yolunun kənarında axtarışlar aparıblar.

Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, Göygöl rayonunun Mollacəlil kəndi yolunun kənarında 1 partlamamış BR 471 - 122 mm-lik top mərmisi aşkar ediblər. Hərbi sursatın mərkəzi məhvetmə ərazisinə daşındığı qeyd edilir.

Agentlik yenidən araşdırmalara başladığı aprelin 7–dən iyulun 6-dək ümumilikdə 1576 partlamamış hərbi sursat, 18 piyada və 15 tank əleyhinə mina aşkar edərək zərərsizləşdirdiyini bildirir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci ildə təsis edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG