Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 02:35

Boeing razılaşmasını müzakirə edəcəklər


İran Hava Yollarına məxsus "Boeing 747" təyyarəsi

İran Hava Yollarına məxsus "Boeing 747" təyyarəsi

-

İyulun 7-də ABŞ Nümayəndələr Palatasının altkomitəsi “Boeing” şirkətinin İrana sərnişin təyyarələri satmasını əngəlləyən qanunvericiliyi müzakirə edəcək. Bu sənəd 1979-cu ildən bəri ən böyük ABŞ-İran biznes sövdələşməsidir.

Dinləmədə Obama administrasiyasının İranla nüvə razılaşması, “onun Amerika təyyarələrinin terrora sponsorluq edən ölkəyə satışına necə yol açdığı” götür-qoy ediləcək. Bunu maliyyə xidmətləriylə ticarət altkomitəsinin sədri, Miçiqan ştatından olan respublikaçı Bill Huizenga deyib. “Qaydaları sadələşdirməklə Obama administrasiyasının ABŞ şirkətlərinə İran rejimini silahlandırmağa icazə verməsindən çox narahatam”, o söyləyib.

Komitə yardımçısının “Reuters” agentliyinə dediyinə görə, respublikaçıların nüvə sazişinə qarşı çıxmalarına baxmayaraq, komitənin qanunvericiliyi təsdiqləyəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG